EN

Çempionlar Liqasında gecənin qəhrəmanı Lunindən penalti etirafı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

UEFA Çempionlar Liqasının 1/4 final matçında "Real Madrid" penaltilər seriyasında "Mançester Siti"ni məğlub edərək yarımfinala yüksəlib.

Offsideplus.az xəbər verir ki, "Real" ardıcıl 4-cü dəfə Çempionlar Liqasının yarımfinalına yüksəldiyi halda, İspaniya komandasının qapıçısı Andriy Lunin gecəyə damğasını vurub.

Bernardo Silva və Mateo Kovaçiçin penaltilərini dəf edən Lunin daha əvvəl Silvanın penaltisini işlətdiklərini bildirib.

"Qapıçı məşqçiləri ilə birlikdə hazırlaşdıq və ortada qalıb-qalmamağa tərəddüd etdiyimiz 3 oyunçu var idi. 5 penaltidə də ortada qala bilməyəcəyiniz üçün yalnız birini seçdik".

Chosen
68
Sources
Comment ()
Close