Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.Bakıvaxtı.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. "İsuzu" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinə ziyan dəyib, xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır.