EN

Azyaşlı qızı hədələyib qızıllarını alanlar tutuldu

Azyaşlı qıza hədə-qorxu gəlməklə, qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 15-də Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarının talanması barədə 36-cı Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və 2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
22
publika.az

10Sources