EN

Naxçıvanın su ehtiyatlarının həcmi açıqlanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Naxçıvan Muxtar Respublikasının mövcud anbarlarında bu ilin yanvar-mart ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilib və mart ayının sonuna sututarlara 156.35 milyon kubmetr su ehtiyatı toplanıb.

Bu barədə muxtar respublikanın “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən məlumat verilib.

Qeyd olunub ki, su istifadəçilərinə yanvar-mart ayları ərzində 1.52 milyon kubmetr su verilib, bunun müqabilində 1 247 hektar torpaq sahəsi suvarılıb.

Bildirilir ki, hesabat dövründə 1.7 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 84.89 kilometr beton və torpaq kanallar, 63.02 kilometr ara arxlar, 14.2 kilometr kollektor lildən təmizlənib, 14.2 kilometr içməli su, 0.04 kilometr kanalizasiya, 0.15 kilometr suvarma boru, 0.1 kilometr kaptaj xətti çəkilib, 5.29 kilometr mövcud içməli su xətlərində, 0.31 kilometr kanalizasiya xətlərində, 1.55 km suvarma boru xətlərində, 2.17 v təzyiqli boru xətlərində, 1.7 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Şərur rayonunda Qorçulu kollektorunda 6 kilometr, Muğanlı kollektorunda isə 3.3 kilometr olmaqla, Şərur rayonunda 9.3 kilometr, Babək rayonunda Nehrəm kollektorunda 3 kilometr, Naxçıvan şəhəri ərazisində yerləşən Qaraxanbəyli kollektorunda 1.9 kilometr kollektor lildən təmizlənib.

Görülən işlər nəticəsində Şərur rayonunun 112 hektar, Babək rayonunun və Naxçıvan şəhərinin 65 hektar olmaqla, ümumilikdə, 177 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Chosen
170
38
Sources
Comment ()
Close

Rating

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1331
Azərbaycanda bu məhsul bahalaşdı
1238
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1153
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1012
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1000
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
973
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
966
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
966
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
960
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
914
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
894
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
833
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
786
Helikopter qəzası ilə bağlı yeni xəbər
767
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
739
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
730
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Həlak olan şəxslər sabah dəfn olunacaq
703
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
675
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
661