EN

İqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin dayanıqlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əsas faktordur. Ulu Öndər Heydər Əliyevin çağırışları arasında bu reallıq xüsusi önə çəkilmişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadənin təmin edilməsi məqsədilə işlənib hazırlanan və bu gün də Azərbaycanın davamlı inkişafını şərtləndirən yeni neft strategiyasının uğurları göz qabağındadır. Azərbaycan tarixən neft ölkəsi kimi tanınsa da, bu gün həm də qaz və elektik enerjisi ixracatçısına çevrilib. 2003-cü ildən neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı əsas hədəflər sırasındadır. Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə müxtəlif sosial-iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir ki, bunlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını sürətləndirir.

Cənab İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsinin uğurla həyata keçirilməsində bölgələrin malik olduqları resurslardan səmərəli istifadənin vacibliyini bildirdi. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı təsdiqləndi. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi iqtisadi inkişafı sürətləndirdi. Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə dördüncü Regional İnkişaf proqramı qəbul olundu və uğurlu nəticələri həm bölgələrimizin sosial-iqtisadi inkişafı ilə bağlı rəqəmlərdə, həmonların simalarında, həm də qeyri-neft sektorunun inkişafında özünün aydın ifadəsini tapır.

Cənab İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlinin qoyulması mərasimindəki çıxışında bir daha diqqəti ölkəmizin dayanıqlı iqtisadi inkişafında əhəmiyyətli ol oynayan və bundan sonra da əhəmiyyəti ilə xüsusi diqqətdə olacaq infrastruktur layihələrinə yönəltdi. Qeyd edildi ki, Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su və suvarma layihələri olacaq.

Dövlət başçısı bu çağırışı da etdi ki, suya qənaət hər birimizin, ilk növbədədövlətin işidir. Biz bu işi görürük. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək. Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilib. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir.

Ölkə Prezidenti çıxışında bu reallığı diqqətə çatdırdı ki, vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz öz su mənbələrimizə tam sahib olmuşuq. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaq. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək.

Həmçinin Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq.

Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanır. “Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur” söyləyən cənab İlham Əliyev böyük qürur hissi ilə qeyd etdi ki, bu ərazilərdə həm yaşayış evləri tikilir, həm dəinfrastruktur layihələri, suvarma layihələri icra,dəmir yolları, tunellər, hava limanları inşa edilir. Cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, iradəsini göstərir.

Azərbaycanın gələcəkdə dayanıqlı inkişafının təmin edilməsi üçün mühüm imkanlar mövcuddur. İqtisadi müstəqilliyin təmin edilməsi bütün sahələrdə uğurlu addımlara yol açır. yap.az

Chosen
105
22
Sources
Comment ()
Close

Rating

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1292
Azərbaycanda bu məhsul bahalaşdı
1209
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1139
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
997
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
960
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
957
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
956
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
918
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
909
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
892
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
889
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
823
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
779
Helikopter qəzası ilə bağlı yeni xəbər
763
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
736
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
721
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
720
Həlak olan şəxslər sabah dəfn olunacaq
701
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
673
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
660