EN

Azərbaycanda anemiya diaqnozu qoyulmuş şəxslərin sayı artıb

"Azərbaycanda aparılan sorğular və araşdırmalara əsasən ümumi, reproduktiv yaşlı, hamilə, laktasiya dövründə olan qadınlar və 5 yaşadək uşaqlar arasında anemiya göstəricilərinin yüksək olması dövlәt sәviyyәsindә tәdbirlәr hәyata keçirilmәsini tәlәb edir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının keçən ilki hesabatında dünyada təxminən 571 milyon qadın və 269 milyon azyaşlı uşağın anemiya səbəbindən ciddi sağlamlıq problemləri ilə üzləşdiyi qeyd edilib: 

“Bundan әlavә ekspertlәr hesab edirlәr ki, anemiyanın әhali arasında 40%-dәn çox yayılması artıq dövlәt sәviyyәsindә tәdbirlәr hәyata keçirilmәsini tәlәb edir. Müəyyən dövrlərdə tələbatın artması və artan qan itkisinə görə mikronutriyent çatışmazlığı, eləcə də anemiyanın xüsusilə yeniyetmə qızlar, reproduktiv yaşlı, hamilə və laktasiya dövründəki qadınlar, kiçik uşaqlar və körpələr kimi əhali qruplarında görülmə ehtimalı yüksəkdir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, əhali arasında 2000-ci ildə ilk dəfə anemiya diaqnozu qoyulmuş şəxslərin sayı 22 min nəfər olsa da, 2022-ci ildə həmin göstərici 46 min nəfər olub. Eləcə də, tibb müəssisələrində anemiyaya görə qeydiyyatda olan şəxslərin sayı 2000-ci ildə 28 min nəfər olsa da, 2022-ci ildə həmin say 39 min nəfər olaraq qeydə alınıb. Dəmir çatışmazlığı anemiyanın ən çox bilinən səbəbidir və bu günə qədər anemiya ilə mübarizə üçün görülən tədbirlərin əksəriyyəti dəmir çatışmazlığının qarşısının alınması və müalicəsinə yönəlib”.

Anar Kəlbiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
22917
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12573
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8120
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5527
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5419
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3928
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3560
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3463
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3247
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3105
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
3082
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2932
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2696
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2518
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2414
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2142