EN

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşüb.

FED.az xəbər verir ki, görüşdə enerji sektorunda Bankla əməkdaşlığın prioritet istiqamətləri üzrə müzakirələr aparılıb. AYİB ilə bərpa olunan enerji potensialının artırılması, şəbəkənin təkmilləşdirilməsi, enerji səmərəliliyi, aşağı karbonlu iqtisadiyyat və “Qaradağ” GES-in maliyyələşməsi üzrə əməkdaşlığın yaşıl enerji keçidinə töhfə verdiyi qeyd olunub. 

Enerji Effektivliyi Fonduna, enerji səmərəliliyi sahəsində pilot layihələrin həyata keçirilməsinə AYİB-in dəstək imkanları, bərpa olunan enerji hərraclarının keçirilməsi layihəsinin, elektroenergetika sektorunda aşağı karbonlu həll yolları üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Günəş enerjisi üzrə ilk hərracın keçirilməsi ilə bağlı proseslərə tezliklə başlanacağı qeyd olunub. Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa enerji xətti, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi layihələri, 1 QVt gücündə günəş-külək enerjisi stansiyalarının şəbəkəyə qoşulması, enerji sisteminin modernləşdirilməsi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Söhbət zamanı “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində müvafiq sahədə qanun layihəsinin hazırlanması ilə əlaqədar son vəziyyət də dəyərləndirilib. Həmçinin COP29 çərçivəsində  enerji sahəsində fəaliyyət planları nəzərdən keçirilib. 

Chosen
86
28
Sources
Comment ()
Close

Rating

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
130
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
118
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
112
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
112
Azərbaycanda bu məhsul bahalaşdı
102
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
89
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
86
Həlak olan şəxslər sabah dəfn olunacaq
86
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
82
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
79
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
76
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
76
Helikopter qəzası ilə bağlı yeni xəbər
72
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
64
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
62
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
56
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
56
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
55
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
48
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
48