EN

Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Nevroloq Ekaterina Demyanovskaya stressin sağlamlığa faydalarını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, stress təkcə stimullara reaksiya deyil, bütövlükdə insanın davranışına, fəaliyyətinə və rifahına təsir edən bədəndəki biokimyəvi reaksiyalardır.

Onun sözlərinə görə, stress həmişə sağlamlığa zərərli deyil:

“Yalnız uzun müddət davam edən stress rifah halına mənfi təsir göstərir. Qısamüddətli stress sinir və immunitet sistemini aktivləşdirir, zehni fəaliyyəti stimullaşdırır və bununla da qocalıqda idrak qabiliyyətinin azalmasının qarşısını alır. Üstəlik, stress təkcə mənfi hadisələrlə deyil, həm də sevincli hadisələrlə baş verə bilər. Əslində, stress reaksiyaları hər hansı bir xarici stimul tərəfindən tətiklənir, onunla qarşılaşdıqda psixika və bütövlükdə bədən tarazlıq vəziyyətindən yayınır”.

Chosen
122
2
Sources
Comment ()
Close