EN

Gürcüstan polisi:Aksiyada saxlanılanlar var

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Tbilisidəki etiraz aksiyası zamanı hər hansı pozuntu və ya zorakılıq olarsa, polis qanuna uyğun hərəkət edəcək.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul polisi idarəsinin rəisi Vaja Siradze hökumət administrasiyasında jurnalistlərə bildirib.

Hökumət administrasiyasına qarşı davam edən aksiya zamanı iki nəfər saxlanılıb, saxlanılanların birindən soyuq silah götürülüb.

Daxili İşlər Nazirliyi aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə çağırır.

Asayişin qorunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları dövlət administrasiyasının binası ərazisinə səfərbər olunub.

“Aksiya zamanı etirazçılar tərəfindən zorakılıq hərəkətləri törədilib. Bir neçə etirazçı polisin dinc aksiya keçirmək barədə qanuni tələbinə əməl etməyib, nəticədə 2 nəfər inzibati qaydada saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılanlardan birində soyuq silah aşkar ediblər. Daxili İşlər Nazirliyi bir daha mitinqin təşkilatçılarını və iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə çağırır. Hər bir qeyri-qanuni hərəkətin ardınca dərhal qanuni tədbirlər görüləcək”, – bəyanatda deyilir.

Chosen
151
27
Sources
Comment ()
Close