EN

"Xabi Alonsonun “Real”ın baş məşqçisi olacağına şübhəm yoxdur"

“Bayer”in (Leverkuzen) baş direktoru Fernando Karro klubun baş məşqçisi Xabi Alonso haqqında maraqlı fikirlər səsləndirib.

Sportinfo.az xəbər verir ki, o, çalışdırıcının “Real”a rəhbərlik edəcəyinə əmin olduğunu bildirib.

“Bir gün Xabi Alonsonun “Real”ın baş məşqçisi olacağına şübhəm yoxdur. Bəlli olmayan sadəcə onun “Real”la nə vaxt müqavilə bağlayacağıdır. Amma buna əminəm”.

Daha əvvəl Xabi Alonsonun 2025-ci ilin yayında “Real”a baş məşqçi təyin olunacağı haqda məlumat yayılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
sportinfo.az

1Sources