EN

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü ələ keçib

Bakı. Trend:

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü,narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1982-ci iltəvəllüdlü Səfərov Ramil saxlanılıb.

Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsiəməkdaşlarının keçirdikləri tədbirlərlə onun üzərindən 3kiloqramdan çox tərkibi psixotrop maddələlərlə zənginləşdirilənmarixuana aşkarlanıb.

R.Səfərov narkotik vasitəni sosial şəbəkədə tanış olduğuşəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi iləəvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünübildirib.

R.Səfərovun daxil olduğu narkoşəbəkənin digər üzvlərininsaxlanılması istiqamətində əməliyyat tədbirləri davametdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
21
Sources
Comment ()
Close