EN

Qərbin dəyişən STRATEGİYASI: Yaxın Şərqdəki gərginliyin alovlanması daha çox kimə sərf edir? – AÇIQLAMA

“Ukraynanın daha ağır vəziyyətə düşməsindənsə, danışıqlar masasına oturması məqsədəuyğundur”.

Bunu Yenicag.az-a açıqlamasında İsrail-İran münaqişəsinin Rusiya-Ukrayna müharibəsinə təsirindən danışan politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, İsrailin Suriyada İran konsulluğuna zərbələr endirməsi mövcud münasibətləri daha da gərginləşdirib.

“İran praktiki addımlar ataraq İsrailə dron və raketlərlə hücum etdi. Nəticə isə göz qarşısındadır. İsrail hava hücumundan müdafiə sistemləri və müttəfiqlərinin dəstəyi ilə bu hücumun effektiv nəticələr doğurmasına imkan vermədi”, – deyə o, əlavə edib.

Politoloq qeyd edib ki, öncədən hücumla bağlı məlumatların verilməsi, zəif sürətli dronlardan istifadə, bir neçə dalğa ilə əməliyyatların keçirilməsi, eyni zamanda İranın “Qisas” hücumunu dayandırması və davamının olmayacağını bəyan etməsi Tehranın Qərblə açıq münaqişəyə getmək istəmədiyinin göstəricisidir:

“Eyni zamanda, İsrail-İran münaqişəsinin pik həddə çatması və nəzarətdən çıxması ABŞ administrasiyası üçün arzuolunmaz haldır.

Çünki İrana zərbələr endirilsə də, qısa zaman ərzində Tehranın süqutu qeyri-mümkündür. Nəticədə yarana biləcək uzunmüddətli münaqişə Rusiya-Ukrayna müharibəsi fonunda yalnız Rusiyaya və iqtisadi gücü ilə regiona daxil olmaq istəyən Çinə sərf etsə də, nə bölgə dövlətlərinin, nə də qlobal güclərin marağına uyğun deyil.
Yaxın və Orta Şərqdə genişmiqyaslı münaqişə ocağı Rusiyaya kömək edəcək vasitədir. Qərbin diqqətinin Ukraynaya deyil, Orta Şərqə fokuslanması Kremlin daha geniş hərbi əməliyyatlar keçirə bilməsi üçün fürsətdir.

Yaxın perspektivə ABŞ-nin və Avropanın Kiyevə yardımlarının zəifləməsi fonunda Rusiyanın daha ciddi həmlələr həyata keçirib, Ukraynaya qarşı uğurlu hərbi nəticələr əldə etməsi mümkündür. Bu isə elə Qərbin özünə də sərf edən variantdır. Nəticə etibarilə Ukraynanın daha ağır vəziyyətə düşməsindənsə danışıqlar masasına oturması məqsədəuyğundur”.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
Sources
Comment ()
Close

Rating

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20867
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12093
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5979
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5408
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5353
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3824
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3403
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3266
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3104
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2854
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2814
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2677
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2390
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2300
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2032
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1966