Bakı. Trend:
Rabitəbank 2024-cü ilin 1-ci rübünün nəticələrinə əsasən bütüngöstəricilər üzrə dinamik artıma nail olub. Belə ki, yanvar-martayları 4 milyon 313 min manat xalis mənfəətlə başa vurulub. Bankaktivlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıraraq 1milyard 80 milyon manata çatdırıb.
Hesabata əsasən 2023-cü ilin eyni dövrü ilə müqayisədə bankınkredit portfeli 13% artaraq 717 milyon 380 min manat təşkil edib.Belə ki, istehlak kreditləri 14% artaraq 245 milyon 847 min manat,biznes kreditləri portfeli 6% artaraq 329 milyon 761 min manat,daşınmaz əmlak kreditləri portfeli isə 35% artaraq 141 milyon 773min manat olub.
2024-cü ilin 1-ci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədəRabitəbankın faiz gəlirləri 31% artaraq 26 milyon 680 min manat,qeyri-faiz gəlirləri isə 29% artataq 13 milyon 667 min manat təşkiledib.
2024-cü ilin 1-ci rübündə müştəri depozitləri 24% artaraq 679milyon 434 min manata çatıb. Belə ki, fiziki şəxslərin depozitləri39% artaraq 450 milyon 693 min manat, hüquqi şəxslərin depozitləriisə 2% artaraq 228 milyon 741 min manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Rabitəbankın məcmukapitalı 11% artaraq 115 milyon 796 min manat təşkil edib.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternetBankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli ÇağrıMərkəzi ilə müştərilərin xidmətindədir.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.