EN

AzMİU-nun tələbəsi ABŞ-nin ən nüfuzlu universitetində təhsil alacaq

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin IV kurs tələbəsi Fuad Cəfərli İnşaat mühəndisliyi ixtisası üzrə ABŞ-ın ən nüfuzlu universiteti olan Kolumbiya Universitetində (Columbia University) magistr təhsili almaq hüququ qazanıb. 

"Unikal" xəbər verir ki, tələbənin təhsil alacağı Kolumbiya Universiteti Nyu-York şəhərinin mərkəzində yerləşir və ABŞ-nin “Sarmaşıq” liqasının üzvüdür. Bu liqaya ABŞ-nin ən nüfuzlu universitetləri daxildir. Kolumbiyanın illik ortalama qəbul faizi 4%-dir. Yəni sənəd göndərənlərin sadəcə 4%-i burada təhsil almaq haqqı qazanır.

Kolumbiya Universiteti çoxsaylı dünya şöhrətli məzunlar yetişdirib. Onların arasında 79-dan çox şəxs Nobel mükafatına layiq görülüb. Universitetin uğurlu məzunları sırasından ABŞ prezidentləri Teodor Ruzvelt, Barak Obama, Vudro Vilson, Estoniya prezidenti Tomas Hendrik İlves, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt, Nobel mükafatı laureatları Martin Çalf, Ceyms Hekman, Edmund Felps, Orxan Pamuk, Riçard Aksel və digərlərinin adını çəkmək olar.     

Kolumbiya Universiteti akademik hazırlığın səviyyəsi, tibb, mədəniyyət, sosiologiya və s. elmlərin tədqiqatı üzrə əldə etdiyi uğurlara görə bütün dünyada məşhurdur. Hazırda burada 25000-dən çox tələbə təhsil alır, onların 20%-ni digər ölkələrdən gələnlər təşkil edir. 

Qeyd edək ki, ölkəmizin inşaat və memarlıq istiqamətində profil universiteti olan AzMİU uğurlu təhsil strategiyası ilə ölkə hüdudlarından kənarda da tanınır. Universitetin məzunları hər il ölkəmizlə yanaşı xarici universitetlərin ali təhsil müəssisələrində də təhsillərini davam etdirir. AzMİU-nun köklü fakültəsi olan İnşaat fakültəsinin məzunlarının uğurları da mütəmadi təzələnir. Fakültəni bitirən məzunların bir qismi Azərbaycanda, digər qismi isə Türkiyə, Avropan və ABŞ-ın nüfuzlu universitetlərində təhsil alır.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
175
47
Sources
Comment ()
Close

Rating

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20499
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12052
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5743
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5397
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5348
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3813
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3395
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3260
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3092
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2834
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2786
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2677
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2387
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2297
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2032
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1961