Bəs naxçıvanlıların oyun üslubunda nə dəyişib? Bu gedişlə komandadan nə gözləmək olar? Bu sualları “Araz Naxçıvan”ın sabiq mətbuat katibi Tahir Tahiroviçə ünvanladıq:
“Araz-Naxçıvan”ın məşqçi problemiyox idiki, dəyişiklik də olsun. Ümumi problem var. Komandadan ayrılan yalnız iki qardaşlar - Azər və Araz Bağırovlardı. “Qəbələ”dən iki nəfər gətirməklə dəyişiklik olacağına inanmıram. Elmar Baxşıyevin də işini müzakirə etmək istəmirəm. Özünə görə savadlı məşqçidi. Komandaya 5 gün öncə qoşulan məşqçidən xüsusi nəsə gözləmək haqsızlıq olar. Yəni sən gəlmisən və ilk oyundan“Neftçi”ni məğlub etməlisən. Gözləyək görək, “Araz-Naxçıvan”ın taleyi necə olacaq? “Araz-Naxçıvan” Bakıda qaldığı müddətdə məğlubiyyətlər ard-arda gələcək, komanda Naxçıvana qayıtmalıdı”.
ƏSƏD SEYİDOV