Â
Cari ilin ilk rübündə Yapı Kredi Bank Azərbaycanda müştərilərə verilən kredit porfelinin həcmi 298 milyon manat olmuşdur. Belə ki, istehlak kreditləri 4% artaraq 71 milyon manat, həmçinin  biznes kreditləri 187 milyon manata bərabər olmuşdur.  Daşınmaz əmlak üzrə verilən kreditlər isə 16% artaraq 40 milyon manat təşkil edib.
Â
Eyni zamanda, bankın depozit portfeli keçən ilin sonu ilə müqayisədə 7% artaraq 390 milyon manat, bankın aktivləri isə  6% artaraq 544 milyon manat təşkil edib.
Â
Yapı Kredi Bank Azərbaycan cari ilin ilk 3 ayında  Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 20%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 91 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Â
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
4Sources
-
demokrat.az"Yapı Kredi Bank AzÉ™rbaycan" 2024-cü ilin birinci rübünü 2.5 milyon manat xalis mÉ™nfəətlÉ™ baÅŸa vurdu ( 5572645)
-
fed.az"Yapı Kredi Bank Azərbaycan" birinci rübü 2.5 milyon manat xalis mənfəətlə - BAŞA VURDU ( 5572315)
-
banco.azYapı Kredi Bank Azərbaycan QSC 2024-cü ilin birinci rübünü 2.5 milyon manat xalis mənfəətlə başa vurdu ( 5571472)
-
marja.az"Yapı Kredi Bank Azərbaycan" 1-ci rübü 2,5 milyon manat xalis mənfəətlə başa vurub ( 5569807)