EN

“Ermənistan havadarlarının sifarişləri fonunda ordusunu Azərbaycana qarşı gücləndirməyə çalışacaq” - Hərbi ekspert

Ermənistan Müdafiə Nazirliyi hərbi-sənaye kompleksi müəssisələri ilə 122 milyard dram (təxminən 312,8 milyon ABŞ dolları) dəyərində müqavilələr bağlayıb.  Bunu yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan deyib. Onun sözlərinə görə, 25 müəssisəyə sifariş verilib: “Bir neçə növ silah və idarəetmə sistemləri sınaqdan keçirilib. Onlar yaxın gələcəkdə silah arsenalına daxil olacaq”.

M.Ayrapetyan qeyd edib ki, hərbi-sənaye kompleksi müəssisələri ilə ümumilikdə 46 müqavilə imzalanıb: “İlin sonuna kimi sifarişlərin ümumi məbləğinin 489,7 milyon dollara çatacağı gözlənilir”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn Herbiand.az-a bildirib ki, Ermənistan Cənubi Qafqazdakı stabilliyi pozmaq üçün havadarlarının sifarişləri fonunda həm də öz ordusunu Azərbaycana qarşı gücləndirməyə çalışacaq:

“Bununla da yenidən revanş edərək növbəti 50 ili Qafqazda Erməni-Azərbaycan münaqişəsinin davamlılığını təmin etməyə çalışacaq”.

Hərbi-siyasi ekspertin sözlərinə görə, bu gün dünyada gedən proseslərə baxıldıqda görülür ki, böyük dövlətlərin sərhədləri yaxınlığında yerləşən kiçik dövlətlərdən onlara qarşı təhdid formasında istifadə olunur:

“İndiki formada bu təhdidlər nə kimi göstərilir? Yüksək texologiya sistemlərinin inkişaf etdirilməsi, pilotsuz uçuş aparatlarının yaradılması, hətta qeyd edək ki, ötən il ərzində Ermənistanın peyki fəzaya qaldırıldı. Bütün bu proseslər Ermənistanın baxışı ilə Azərbaycana qarşı hesablanıb. Lakin bu proseslər Cənubi Qafqazda İran, Rusiya və Türkiyəyə qarşı iddialı olan dövlətlərin marağında gedir. Ermənistan özünün başıpozluğundan proseslərə alət rolunda olmağa çalışır. Alətlər hər zaman müəyyən bir vaxtda onu idarə edən maşanın dəstəyi olan dövlətlərin əlində oyuncağa və əsirə çevrilir”.

Elmar Hüseyn düşünür ki, ABŞ-ın ötən illərdə Naxçıvanla sərhəddə yerləşən Arazdəyəndə inşa etmək istədiyi zavod İrana qarşı yönəlmiş kəşfiyyat tədbirlərini həyata keçirmək üçün təmin edilmişdi:

“Ümumiyyətlə, maraqlı məqamlar çoxdur. ABŞ-ın baş katibi Entoni Blinken Azərbaycanı Amerikanın ən yaxın müttəfiqi hesab etsə də, bu gün Azərbaycanın Qara dəniz hövzəsində olan nüfuzunu, Xəzər dənizi hövzəsində və Orta Asiya ilə olan mövqeyini bilsə də ancaq nədənsə erməniləri silahlandırmağa çalışır. Hesab edirəm ki, bunun arxasında başqa məqsəd dayanır. Bu, sırf Azərbaycana qarşı deyil. Bu, İsraillə mübarizə aparan, Fələstində müharibənin arxasında dayanan bütün qüvvələrin Türkiyə-İran, Türkiyə-Rusiya münasibətləri və nəticə etibarilə İranın kürəyindən vurulması üçün Amerika tərəfindən Ermənistana maliyyə qoyulması kimi qiymətləndirilə bilər”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
Sources
Comment ()
Close

Rating

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
19458
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11956
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5387
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5308
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
4979
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3774
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3342
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3241
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3058
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2808
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2688
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2672
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2379
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2280
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2030
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1941