EN

Azərbaycan millisinin baş məşqçisi: Monteneqro toplanışı zəif və güclü cəhətlərimizi üzə çıxaracaq

Monteneqro toplanışı zəif və güclü cəhətlərimizi üzə çıxaracaq.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Monteneqroda təşkil olunacaq təlim-məşq toplanışı barədə danışarkən deyib.

Mütəxəssis orada keçiriləcək beynəlxalq turnirin yığmaya çox kömək edəcəyini düşünür: “Turnir komandamıza təcrübə qazandıracaq. Oradakı təlim-məşq toplanışı və beynəlxalq turnirdəki oyunlar Avropa çempionatı öncəsi zəif və güclü cəhətlərimizi görməyimizə kömək olacaq. Həm də yeni futbolçuları sınaqdan keçirə biləcəyik. Bir sözlə, komandamıza çox xeyri dəyə bilər”.

E.Quliyev ötən gün açıqlanan yığmanın 20 nəfərlik ilkin siyahısında dəyişikliklər olduğunu sözlərinə əlavə edib: “Millinin tam heyəti bu günlərdə açıqlanacaq. Bəzi oyunçuları çağırmasaq da, onlar nəzərimizdədirlər. İlkin heyətdə müəyyən dəyişikliklər var. Aprelin 23-də axşam saatlarında Monteneqroya yola düşəcəyik. Ona qədər hələ vaxtımız var. Hər gün heyətə yeni simalar cəlb edə bilirik”.

Baş məşqçi Avropa çempionu olduqları heyəti qoruyacaqlarını vurğulayıb: “Avropa çempionu olan və dünya çempionatında iştirak edən heyətin özəyini qorumuşuq. Bir neçə yeni futbolçu da dəvət etmişik. Azərbaycan çempionatının yarımfinal mərhələsinin cavab oyunlarına baxdıqdan sonra ideal heyət müəyyənləşəcək. Futbolçuların əsl gücləri məhz pley-off qarşılaşmalarında görünür. Millinin qapıları hamının üzünə açıqdır. Monteneqro toplanışından sonra da yeni oyunçular dəvət edə bilərik”.

Qeyd edək ki, Azərbaycan yığması aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışında olacaq. Komanda aprelin 30-da Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağı turnirdə iştirak edəcək. Toplanış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
274
10
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12479
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9183
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8725
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2500
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2191
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1950
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1825
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1645
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1231
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1032
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
773
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
545
Arda Gülər dayanmır, yenə fərqləndi -
501
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
437
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
422
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
420
Arda dubl etdi - VİDEO
412
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
400