EN

Bu il xalları Aysel açıqlayacaq

Ä°sveçin Malmö ÅŸÉ™hÉ™rindÉ™ keçirilÉ™cÉ™k "Eurovison-2024" mahnı müsabiqÉ™sindÉ™ AzÉ™rbaycandan olan sÉ™svermÉ™nin nÉ™ticÉ™sini tÉ™qdim edÉ™cÉ™k ÅŸÉ™xsin adı açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Ayseli görəcəklər.

Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək. Azərbaycanı "Eurovison-2024" mahnı müsabiqəsində "Özünlə apar" mahnısı ilə təmsil edəcək Fahree və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar.

Aysel Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Eurovison Mahnı Müsabiqəsində Araşla birlikdə təmsil etmiş və 207 xalla 3-cü yeri tutmuşdur.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
3
qaynarinfo.az

4Sources