EN

Zərdabda kanalda qumbara və pulemyot tapılıb

Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalından silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "İki sahil"ə verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd pulemyot, daraq və 760 ədəd patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
163
10
ikisahil.az

10Sources