EN

Portuqaliyadakı Forumda ƏƏSMN-in qurumlarına 12 beynəlxalq mükafat təqdim edilib

Ölkəmizdə son illər aparılan sosial islahatların uğurları 160-dan artıq ölkənin 320-dən çox sosial təminat qurumunu özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən ən yüksək qiymətə layiq görülüb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları mötəbər beynəlxalq təşkilatlardan olan BSTA-nın 12 mükafatı ilə təltif olunub.

Təşkilatın Portuqaliyanın Porto şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda mükafatların təqdim edilməsi mərasimi olub. Mükafatlar Forumda ölkəmizi təmsil edən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyətinə təqdim edilib.

Ən yaxşı təcrübə üzrə 12 mükafatdan 4 mükafat DOST Agentliyinə, 4 mükafat Dövlət Sosial Müdafiə Fonduna (DSMF), daha 4 mükafat isə sosial sahədə uğurlu elektronlaşdırma tədbirlərinə görə təqdim olunub. Mükafatların sırasına daxildir:

• Ən yaxşı təcrübə üzrə Xüsusi Nailiyyət Mükafatları:

 Azərbaycanda sosial ödənişlərin təyinatında müasir humanist yanaşma: İnsan əsaslı proaktiv təyinat mexanizminə görə;
 DSMF tərəfindən xidmətlərin innovativ rəqəmsal idarəetmə strategiyalarına uyğun göstərilməsi və inzibati proseslərdə inqilabi dəyişikliklərə görə;
 Əlilliyə görə proaktiv ödənişlər mexanizminə görə.

• Ən yaxşı təcrübə üzrə Nailiyyət Mükafatları:

 Transformativ idarəçilik: Azərbaycanda optimallaşdırma və innovasiyalar vasitəsilə əhalinin sosial təminatının gücləndirilməsinə görə;
 “E-sosial” internet portalı: Vahid sosial reyestrə görə;
 Vahid “Əmək və Məşğulluq” altsisteminə görə;
 DOST Çağrı Mərkəzi: transformasiya strategiyasına görə;
 DOST İndeks: Əməliyyat idarəetmədə qərarverməyə dəstək alətinə görə;
 Səyyar DOST xidmətlərinə görə;
 “Könüllü DOST” proqramına görə;
 Fərdi reabilitasiya proqramlarında e-sistemlərə görə;
 Ünvanlı sosial yardımın təyinatı üçün maddi-məişət şəraitinin yoxlanmasının süni zəkaya əsaslanan həllinə görə.

Qeyd edək ki, son 3 ildə və bu ilin ötən dövründə Nazirlik və qurumları 75-dən çox mükafat və sertifikat (o cümlədən, 56 mükafat, 20 İSO sertifikatı) ilə təltif edilib.

Forumda Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdə aparılan sosial islahatlar və nailiyyətləri barədə məlumat verilib.

Portuqaliyadakı Portuqaliyadakı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
9
Sources
Comment ()
Close

Rating

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20123
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12023
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5479
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5396
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5328
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3795
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3371
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3248
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3084
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2820
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2743
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2674
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2383
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2288
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2031
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1951