EN

Bonapartın qırılmış qılıncı: Un torbası ilə Cənubi Qafqaza girən Paris başını itirib

Hazırda Fransa ilə Azərbaycan arasında münasibətlər mənfiyə düşüb. Rəsmi Parisin casus şəbəkəsinin fəaliyyət göstərdiyi diplomatik korpusunun rəhbəri Ann Buayonu geri çağırması heç də isti olmayan münasibətləri daha da soyudub. Hətta Emmanuel Makron səfir ilə vaxt tapıb görüşüb də. Bu “diqqət” və “qayğı” Makronun Cənubi Qafqaza, xüsusən də Azərbaycana qarşı “sevgi”sinin bariz nümunəsidir.

Bu “diqqət” isə illərlə ATƏT-in Minsk qrupunun həmsədr dövləti olmuş Fransanın Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsindən sonra yaranıb. Qısa müddətdə Bakının 30 illik həsrətə son qoyması Fransanın heç xoşuna gəlmədi. Söhbət Ermənistana olan sevgidən getmir, söhbət Azərbaycana təsir rıçaqlarının yox olmasından gedir.

Lakin, misyölar sakit durmaq istəmirdi və özlərinə görə müəyyən addımlar atmağa başladılar. Öncə Senat. Fransa Senatı Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək qondarma “Dağlıq Qarabağı” tanımağa çağıran tövsiyə xarakterli qətnaməni müzakirəyə çıxararaq qəbul etdi. Halbuki, Fransa BMT qətnamələrinin əksinə olaraq addım ataraq beynəlxalq hüququ pozdu.

Bölgəyə daxil ola bilməyən Fransa bu dəfə un çuvalına girdi. Belə ki, Paris meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə İrəvandan yola çıxan “humanitar yüklə” dolu 10 maşın Laçın sərhədinə gəlir. Ancaq Laçın “post”undan buraxılmayan Fransaya məxsus avtomobillər bundan öncə əraziyə yük daşımaq adı ilə gətirilən “Spayka” avtomobillərinin sırasına qoşulur. Çünki Azərbaycanın razılığı olmadan atlan bu addımın uğursuzluqla nəticələnəcəyi əvvəldən məlum idi.

Fransanın növbəti cəhdi BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirmək istəyi idi. İlk növbədə, Fransa tərəfindən təqdim olunan sənəddə “Dağlıq Qarabağ” ifadəsi çıxarılıb. Baş verən proseslərin “Azərbaycanın ərazi bütövlüyünü dəstəklənməklə yalnız humanitar məqsədlər nəzərdə tutula bilər” ifadəsinin salınması bu sənədin ümumiyyətlə gündəlikdən çıxarılması ilə nəticələndi.

Azərbaycana qarşı növbəti ikili standart və qərəzlilik AŞPA və Avropa Parlamentindən gəldi. Hər ikisinin altından yenə Fransa çıxdı. Çıxışı ilə qürubu eyni vaxtda oldu. Hər iki qurum tərəfindən qəbul edilən həmin qətnamələrin heç bir hüquqi və mənəvi əsası olmadı.

Aydın idi ki, Azərbaycan Fransanın şər və böhtanlarını, qərəzli addımlarını cavabsız qoymayacaq. Belə ki, Fransa səfirliyinin iki əməkdaşı diplomatik statusa uyğun olmayan fəaliyyətlərinə görə “persona-non-grata” elan olundu və həmin şəxslərə Azərbaycan ərazisini tərk etmək üçün 48 saat vaxt verildi. Agentura şəbəkəsinin ifşası və iki fransız diplomatın arzuolunmaz şəxs elan edilməsi Bakının ilk cavab addımları oldu.

Bonapartın qırılmış qılıncını Elbadan tapıb ortaya düşən Paris bu dəfə mədəniyyət “beşiyi” olduğunu da sübut etdi. Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı vandalizm aktı törədildi. Əslində buna səbəb Parisin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı.

Belə olan halda Azərbaycan heykəlin oradan təxliyə edilməsinə israr etdi. Və nəhayət heykəl Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edildi.

Fransanın xarici siyasəti Avropa dəyərlərinə hörməti və dövlətlərin daxili işinə qarışmamağı özündə ehtiva etməlidir. Parisin qərəzli və Azərbaycana qarşı addımları bir neçə ildir heç bir nəticə vermir. Əksinə, mövcud siyasi vəziyyət Azərbaycanın xeyrinə formalaşır. Rəsmi Bakı güc yolunu heç bir dövlət tərəfindən qəbul etməyib. Çünki, biz 1990-ci illərdə yaşamarıq. Biz müasir silah sisteminə, güclü Orduya və möhkəm iqtisadi potensiala malik dövlətik. Bizlə yalnız mehriban və xahişlə danışmaq mümkündür.

Odur ki, Paris vaxtında Napoleonun at fiquru ilə bağlı etdiyi böyük səhvi 4 əsr sonra təkrarlamasa daha yaxşı olar. Çünki, Cənubi Qafqazın planlarını Bakı təsdiq edir. Bakı isə küləklər şəhəridir. Küləyin qaldırdığı daşın altında qalanlar 44 gün yaşamır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
119
2
Sources
Comment ()
Close

Rating

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
17634
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11796
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5355
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5267
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3715
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
3644
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3244
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3219
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3017
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2752
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2669
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2530
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2377
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2262
Hidayət Heydərov dünya çempionu oldu
2025
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1907