Bakı. Trend:
Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarınastart verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyun günündə ikiqarşılaşma baş tutub.
İspaniyada “Barselona” ilə "PSJ" üz-üzə gəlib. Fransalılar evməğlubiyyətinin əvəzini çıxmağı bacarıblar. "Barselona" cavabmatçında hesabı açsa da, Arauxonun qırmızı vərəqə alması planlarıpozub. 4 qol vuran PSJ yarımfinala yüksəlib.
Digər qarşılaşma Dortmundda təşkil olunub. “Borussiya” səfərdəuduzduğu “Atletiko”dan revanş alıb. "Sarı-qaralar" 4:2 hesabı iləqalib gəliblər.
Qeyd edək ki, digər iki yarımfinalçı bu gün bəlli olacaq.