Rusiya Prezidenti Vladimir Putinin gözlənilən Türkiyə səfərinin tarixi hələ müəyyən edilməyib.APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.O, bu məsələnin ən qısa zamanda dəqiqləşdiriləcəyinə inandığını, Putinlə tez-tez telefon danışıqları apardığını da vurğulayıb.