EN

Azərbaycana gətirilən maşınların qiyməti dəyişdi - RƏSMİ

Bu ilin ilk 3 ayında Azərbaycana 19 571 ədəd avtomobil idxal olunub. 

Day.Az xəbər verir ki, Yenisabah-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, idxal olunan avtomobillərin ümumi dəyəri 361 milyon dollar olub. 

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gətirilən avtomobillərin sayı azalsa da, qiyməti artıb. Belə ki, 2023-cü ilin yanvar-mart aylarında 315 milyon dollar dəyərində 20 799 ədəd avtomobil Azərbaycana gətirilib. 

Ölkəyə gətirilən avtomobillərin 17 610 ədədi əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri olub. Azərbaycana idxal olunan avtomobillərin bir ədədinin orta qiyməti 18 min dollara yaxın olub. 2023-cü ilin ilk 3 ayında isə bu rəqəm 14.4 min dollar idi. 

Bu il Azərbaycana gətirilən avtomobillərdən 830-u elektromobil (yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri), 3615-i isə hibrid avtomobil (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) olub. Ötən ilin eyni dövrü ilə müqayisədə hər iki avtomobil sayında artım qeydə alınıb. 

İdxal olunan hibrid və elektrik avtomobillərin qiymətində də artım qeydə alınıb. Yanvar-mart aylarında Azərbaycana 118 milyon manatlıq hibrid, 35 milyon dollar dəyərində elektrombil gətirilib. Hibrid avtomobillərinin birinin qiyməti ötən il 21.7 min dollar olduğu halda, bu il 32.6 min dollar olub. Elektromobillərin birinin orta qiyməti isə 2023-cü ildə 41.6 min dollar, 2024-cü ildə 42.5 min dollar olub. 

Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycana 10 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1 821 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 105 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri gətirilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
5
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19493
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13293
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10516
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
5064
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
5014
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3723
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3455
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2896
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2598
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2246
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1709
Azərbaycan nefti ucuzlaşdı
1207
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1087
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1058
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1037
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1025
Mayın ilk gününün havası açıqlanıb
982
Arda dubl etdi - VİDEO
866
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
835