Zaporojye Atom Elektrik Stansiyasında Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin 18-ci rotasiyası baş tutub.
“İki sahil” RT-yə istinadla istinadla xəbər verir ki, bu barədə Zaporojye AES-in rəsmi Telegram kanalı məlumat yayıb.
18-ci komanda Finlandiya, Pakistan və Cənubi Afrikadan olan dörd müfəttişdən ibarətdir. Onların funksiyaları eyni qalır – stansiyanın təhlükəsizlik vəziyyətini müşahidə etmək və qiymətləndirmək.
“Zaporojye AES-də mütəxəssislərin olması stansiyanın təhlükəsizliyinin təmin edilməsində müsbət amildir. Xüsusilə indi stansiya ətrafında vəziyyətin gərginləşməsi fonunda”, - Zaporojye AES-in direktoru Yuri Çerniçuk bildirib.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Rusiya MAQATE-ni Zaporojye Atom Elektrik Stansiyasına hücumun mənbəyini birbaşa göstərməyə çağırır.