EN

Sığorta haqlarında son 3 ildə artım müşahidə edilir - Taleh Kazımov

Son 3 ildə Azərbaycanda sığorta haqları 67,8% artaraq 1 milyard 223 milyon manata çatıb. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
 
O bildirib ki, hesabat dövründə sığorta bazarının aktivlərində 34,2% artım müşahidə olunub. 
 
"Sığorta ödənişlərinin həcmində də 26,3% artım var. Sektorun daxili məhsulda payı 1%-i keçib. Hesablamalarımıza görə bu payı 2%-ə çatdırmaq olar", - Kazımov aprelin 16-da Bakıda keçirilən "Insurtech" zirvə toplantısında bildirib. 
 
2024-cü ilin iki ayında Azərbaycanda sığorta xətti ilə 239,719 milyon manat yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur. 
 
2023-cü ildə Azərbaycanda sığorta üzrə yığımlar 1 milyon 929 min manat təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 720 min manat çoxdur.
 
Hazırda ölkə üzrə 17 sığorta bazarı fəaliyyət göstərir.
 
Gülnar 

 
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
1
anews.az

4Sources