EN

Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəlki Qərarın müddəti aprelin 2-də bitib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
32
bakupost.az

10Sources