EN

UNEC fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2024-cü il üçünfəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturayavə dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün alitəhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsiliona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənədverə bilərlər.

Elmlər doktoru proqramı üzrə isə seçdikləri sahədə elmi və yaelmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksəksəviyyədə aparmağa qadir və “fəlsəfə doktoru” (elmlər namizədi)elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbuledilirlər.

Dissertanturaya qəbul olunmaq üçün ali təhsil pilləsininmagistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiəetməklə), müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri olan, əsasiş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azıiki il elmi-pedaqoji stajı olan elmi və elmi-pedaqoji kadrlarmüraciət edə bilərlər. Dissertanturada hazırlıq UNEC-də işləməyənşəxslər üçün ödənişlidir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaqistəyənlər 2024-cü ilin iyun ayında “Xarici dil” fənnindən Dövlətİmtahan Mərkəzində imtahan verəcəklər.

“Xarici dil” fənnindən keçid balını toplayan şəxslər “Fəlsəfə”fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanda“məqbul” qiymət almış şəxslər “İxtisas” fənni üzrə imtahanaburaxılırlar. Fəlsəfə fənni üzrə imtahanın 2, 3 və 4 sentyabr2024-cü il tarixlərində, “İxtisas” fənnindən imtahanın isə 9, 10 və11 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdətutulur.

Doktorantura və ya dissertanturaya sənədlərin təqdim olunması 16aprel - 15 may 2024-cü il tarixlərində www.portal.edu.az platformasıüzərindən aparılacaqdır. Sənədlər elektron formada (pdf)yüklənməlidir.

Qəbulla bağlı ətraflı məlumatı news.unec.edu.az saytının elanlarbölməsindən və ya UNEC-in Doktorantura şöbəsinə müraciət edərəköyrənmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
187
12
az.trend.az

10Sources