EN

"Qərbin köməyi olmasaydı israil İranın hucumu qarşısında dayana bilməzdi" - "The Wall Street Journal"

İsrail ABŞ, digər Qərb və regional hərbi tərəfdaşların köməyi olmadan İranın aprelin 13-də gerçəkləşdirdiyi əməliyyatına dayana bilməzdi.

Azpost.info bildirir ki, bu, “The Wall Street Journal”da (WSJ) yazılıb.

Nəşrin məlumatına görə, İsrail dövləti, əsasən, ABŞ və digər müttəfiqlərin verdiyi hava hücumundan müdafiə sistemləri, başqa silahlar sayəsində dronların, raketlərin əksəriyyətini tuta bilib. WSJ-nin vurğulamasına görə, ABŞ, Britaniya və İordaniya döyüş təyyarələri dronların vurulmasında böyük rol oynayıb.

Qəzetdə yazılır ki, amma İsrailin müttəfiqlərinin dəstəyi ilə belə bir təcrübəni total müharibə şəraitində təkrarlayacağı, xüsusən də “Arrow” və “Patriot” kimi sistemlərin yüksək qiyməti nəzərə alınsa, təkbaşına hücumlara tab gətirəcəyi bəlli deyil. Nəşrin təhlilində qeyd olunur ki, bu məsələ İsrailin İranın zərbəsinə cavab verməyə hazırlığı fonunda əsas amil olaraq qalır.

WSJ -nin məqaləsində vurğulanır ki, İsrail dövlətinin sərt cavabı regionda dağıdıcı nəticələrə gətirib çıxaracaq, əks hal isə onu və müttəfiqlərini daha zəif edəcək. Bundan əlavə, İsrail Yaxın Şərqdəki tərəfdaşlarının, o cümlədən onu kəşfiyyat məlumatları ilə təmin etmiş, habelə hava məkanını açmış İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin maraqlarını nəzərə almalıdır.

WSJ daha əvvəl bildirmişdi ki, İsrail tezliklə İranın onun hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər. Nəşr bunun gününü dəqiq göstərməyib. Qəzetin mənbələri ABŞ-ın İsrailin belə hücum əməliyyatının heç birində iştirak etməyəcəyini vurğulayıb. Vaşinqton israr edir ki, İsrail dövləti gərginliyin daha da artmasına səbəb ola biləcək heç bir şey etməməlidir.

Chosen
81
50
Sources
Comment ()
Close

Rating

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17542
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12495
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7720
May ayında Azərbaycana qar yağdı - VİDEO
7414
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6871
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6798
Sabah 20 dərəcə isti olacaq
5578
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5535
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5420
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5397
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5382
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5223
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5131
Bu yol qovşağında təmir işləri aparılacaq
5126
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4486
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4445
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4444
Azərbaycan nefti ucuzlaşıb
4266
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
4265
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4107