Sabunçu Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Doğum Evində Vətən müharibəsi qazisi, baş leytenant İlqar Bayramovun övladı dünyaya gəlib.
Â
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, Doğum şöbəsinin mama-ginekoloqu Şəhla Məmiyeva tərəfindən uğurla icra olunan doğumda 2.700 qr çəkidə (kişi cinsli) körpə dünyaya gəlib.
Â
Tibb müəssisəsində zəruri tibbi xidmətlər göstərilən ana və körpə evlərinə yola salınıblar.
Â
Vətən müharibəsi qazisi İlqar Bayramov Sabunçu Tibb Mərkəzinin və 2 nömrəli Doğum Evinin rəhbərliyinə və tibbi heyətə dərin minnətdarlığını bildirib.