EN

201 min manatlıq dələduzluq edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən İlqar Mustafayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İlqar Mustafayevin şikayətini təmin etməyib.

 

İttihama görə, İlqar Mustafayev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı, zərərçəkmiş Hafiz Sabirova (şərti) məxsus paytaxt ərazisindəki 74,7 kvadratmetr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışı 40 000 ABŞ dollarına alacağı vədini verib. Zərərçəkmiş həmin pulu ona verib. Lakin İlqar həmin ərazini öz adına rəsmiləşdirib. O, 4 mart 2016-cı il tarixdə obyektin faktiki sahibi Hafiz Sabirovun xəbəri olmadan 129 978 manat dəyərində olan qeyri-yaşayış sahəsini 3 saylı Notariat Kontorunda 24 000 manata digər şəxsə satıb, onunla alqı-satqı müqaviləsi bağlayıb.

 

Bununla da o, Hafiz Sabirova ümumilikdə 161 178 manat maddi ziyan vurub.

 

Bundan başqa, o, digər şəxsə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 18 sot torpaq sahəsinə asanlıqla Dövlət Reyestr Xidmətindən torpaq sahəsinin mülkiyyətinə dair “Çıxarış” alacağına yalandan vəd verib, onun 40 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Kamal Məmmədov

Tarix: 16 Aprel 2024, 08:38   
Chosen
73
Sources
Comment ()
Close

Rating

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25968
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25403
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18105
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14717
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14156
Sabah 20 dərəcə isti olacaq
9400
May ayında Azərbaycana qar yağdı - VİDEO
8677
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8416
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8349
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7122
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7087
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6769
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
6452
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6367
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6323
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6319
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5932
Azərbaycan nefti ucuzlaşıb
5815
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5690