EN

Maşın təmiri sexində bədbəxt hadisə

Goranboyda maşın təmiri sexində çalışan usta ehtiyatsızlıq nəticəsində ölüb. "Unikal"ın məlumatına görə hadisə Xanqərvənd kəndindəki maşın təmiri sexlərindən birində baş verib. Orada usta kimi çalışan 1974-cü il təvəllüdlü kənd sakini Məhərrəmov Tahir Eyyub oğlu ehtiyatsızlıq nəticəsində sürüşərək sexin təmir quyusuna düşərək ölüb.

Faktla bağlı araşdırma başlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
247
2
avtosfer.az

10Sources