EN

Ançelotti Arda Gülərə nə söz verib?

Arda Gülər Madrid ''Real''ında gününü ehtiyat oyunçular skamyasında keçirməkdə davam edir.

“Football-plus.az” xəbər verir ki, türkiyəli gənc ulduz ən son ''Mançester Siti''yə qarşı da bütün oyunu ehtiyatda keçirməli oldu. 18 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə cəmi 98 dəqiqə oynamaq şansı qazanıb. Bu arada ''Real''ı yaxından təqib edən İspaniyanın ''Defensa Sentral'' adlı xəbər saytı ortaya maraqlı iddia atıb. Həmin iddiaya görə baş məşqçi Karlo Ançelotti Arda ilə görüşərək ona həftəsonu səfərdə ''Malyorka''ya qarşı La Liqa oyununda start heyətində şans verəcəyinə söz verib. Həmin qarşılaşma şənbə günü La Liqanın 31-ci turu çərçivəsində keçiriləcək və Bakı vaxtı ilə saat 20.30-da başlayacaq. ''Kral klubu''nun sözügedən oyunda rotasiya etməsi və az oynayan futbolçulara şans verməsi sürpriz olmayacaq. Çünki ''Real''ı gələn həftəiçi, daha dəqiq desək aprelin 17-də ''Mançester Siti'' ilə cavab oyunu gözləyir. Komanda İspaniya çempionatında inamla turnir cədvəlinə başçılıq edir və qarşıdakı turda xal itkisi faciə sayılmayacaq. Ona görə də Ardanın start heyətində oynamaq ehtimalı kifayət qədər yüksəkdi. Qeyd edək ki, Türkiyə yığmasının üzvü indiyə qədər yalnız bir dəfə - yanvarın 6-da Kral kuboku çərçivəsində səfərdə ''Arandina'' ilə oyunda start heyətində meydana çıxıb.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
163
5
football-plus.az

10Sources