EN

Toyvo Klaar: Azərbaycanla Ermənistan arasında məqbul nəticəyə gəlmək üçün elə də çox vaxt lazım olmayacaq

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar (Toivo Klaar) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox vaxt almayacağını düşünür.



NUHÇIXAN xəbər verir ki, o, bu barədə “Azututyan” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, sülh razılaşmasının tez əldə edilməməsininj bir neçə səbəbi ola bilər:
"Amma məndə olan məlumata görə, proseslər müxtəlif istiqamətlərdə elə gedir ki, siyasi iradə olan yerdə məqbul nəticəyə gəlmək üçün elə də çox vaxt lazım olmayacaq. Biz bunun üçün Bakı və İrəvanla birgə işləmək istəyirik”, - o bildirib.
Diplomat Aİ-nin regiondakı normallaşma prosesini dəstəklədiyini diqqətə çatdırıb.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
164
23
nuhcixan.az

10Sources