EN

Röya: “Bir gün Elnarənin boğazından yapışacaqam”

Röya Ayxan həmkarı Elnarə Xəlilovanın atmacalarını cavabsız qoymayıb. 

 

Pravda.az bizim.media-ya istinadla xəbər verir ki, bu barədə o, "Xəbər-ətər" verilişində danışıb. 

 

Xalq artisti bildirib: "Br gün Elnarə ilə üzbəüz gəlsəm, boğazından yapışacağam ki, harada və kimə onunla ədavətim olduğunu demişəm. Biz o qədər mehriban olmuşuq ki, olar bir dəfə dava etmək. Amma bu davanın da bir səbəbi yoxdur. Sevirəm, sevəcəyəm... Mənim üçün Elnarə əzizdir. Heç kim də bizim münasibətlərə qarışmasın. Özümüz bilərik. Elnarə mənim özümünküdür də...

 

Ona qarşı heç bir neqativ hissim yoxdur. Onun dediklərini çox rahat qəbul edirəm. Amma ailəm və sevənlərim Elnarənin dediklərini xoş qarşılamır. Bunu da Elnarə bilsin! Ailəm onun haqqımda dediklərindən böyük stress keçirdi. O gün fikir verdim ki, Novruz bayramı efirlərində Elnarənin ifası səslənəndə atam özünü yaxşı hiss etmədi. Sənin evdəkilərin məni çox istəyir. Mən səni başa düşürəm amma evimdə olan yaşlı nəsil səni düzgün başa düşmür". 

 

Qeyd edək ki, Elnarə Xəlilova keçmiş "W-trio"qrupunun digər üzvləri Xalq artisti Röya Ayxan, müğənni Natavan Həbibi eyni zamanda həmkarı Səidə Sultanla danışmır. 

 

Onlar arasında artıq uzun müddətdir ki, "soyuq küləklər əsir". İfaçılar zaman-zaman müsahibələrində bir-birinin ünvanına xoşagəlməz sözlər və ağır ittihamlar səsləndiriblər.  

Tarix: 8 Aprel 2024, 19:54   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
163
45
pravda.az

10Sources