EN

Azərbaycanda taksilərin qiyməti artacaq?

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, Azərbaycanda dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən, eləcə də "Euro-5" standartına uyğun olmayan avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Bununla yanaşı, artıq taksilər ağ və yaxud qırmızı rəngdə olmalıdır.

Bəs bu tələblər qiymətləri artıracaqmı? Valyuta.az mövzu ilə bağlı araşdırma 

Hazırda Bakıda 70 minə yaxın taksi var. Hökumət bu rəqəmi azaltmağı, taksilərlə həyata keçirilən səfərləri avtobuslara ötürməyi hədəfləyir.

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki, taksilərin sayı azalsa, qiymət artımı qaçılmaz olacaq: "Bəzi mütəxəssislər bildirirlər ki, qiymət 10-20% artacaq. Taksi qiymətlərinin nə qədər artacağını heç kim deyə bilməz, çünki bu məsələ tələblərin icrasından asılıdır. Tələblərlə taksilərin sayı azalacaq. Hazırda Bakıdakı taksilərin çoxunun yaşı 15-dən çoxdur. Tələblərə bir sıra taksi xidməti cavab verə bilməyə bilər. Hazırda tələb çoxdur, tələb təklifi üstələdiyinə görə isə taksi qiymətləri artır. Taksi qiymətlərinin az olmasının səbəblərindən biri də "Bolt" və "Uber" in Azərbaycanda fəaliyyəti idi, bu şirkətlərin sürücüləri əlavə iş olaraq proqramlara qoşulub, işləyirdilər. Bu, qiymətə təsir edən amillərdən idi. Hazırda isə yeni tələblərlə "Uber" və "Bolt"un işləməsi müəyyən deyil. Tələblər icra edilsə, taksi fəaliyyəti üçün icazə, təzə avtomobil taksi daşımaların maya qiymətini artıracaq. Azərbaycanda olan taksi qiymətləri Rusiyadan Türkiyədən ucuzdur".

Ekspert deyib ki, tələblərin icrası ilə sürücülərin həyat şəraiti yaxşılaşacaq, onlar 16 saat istismar olunmayacaqlar.

Bununla belə, onun fikrincə, taksi sahəsində atılan addımlar, müəyyən edilmiş tələblər sektorda inkişafa, xidmətin səviyyəsinin yüksəlməsinə səbəb olacaq: 

"Nəqliyyatda mobilliyin təmin edilməsi üçün taksilər 4-5-ci sıradadır. İctimai nəqliyyat bərbaddırsa, mikromobillik yox səviyəsindədirsə, velosipeddən istifadə səviyyəsi aşağıdırsa və bu yollar yoxdursa, belə olan təqdirdə uğurlu taksi islahatlarının həyata keçirilməsi çox çətindir. Taksilər hazırda ictimai nəqliyyatı əvəz edir. Məsələn, "Koroğlu"dan Binə qəsəbəsinə sərnişinləri taksilər daşıyır. Çünki bu istiqamətdə marşrut demək olar ki yoxdur".

Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə vəzifəli və hüquqi şəxslər cərimələnəcəklər.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
241
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12479
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9192
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8726
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2500
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2195
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1950
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1825
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1645
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1231
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1037
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
773
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
545
Arda Gülər dayanmır, yenə fərqləndi -
501
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
437
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
425
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
422
Arda dubl etdi - VİDEO
412
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
400