EN

Nikah müqaviləsi nədir?VƏKİL İZAH EDİR

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulan zaman ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.

Bu fikirləri “İki sahil”ə eksklüziv açıqlamasında Vəkillər Kollegiyasının üzvü Könul İbrahimova bildirdi.

Vəkil qeyd etdi ki, nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Nikah müqaviləsi nikah bağlanmasının dövlət qeydiyyatına alınmasına qədər, həmçinin nikah dövründə də bağlana bilər.

Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt dəyişdirilə və pozula bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
236
1
ikisahil.az

10Sources