EN

Rusiyada qubernator bıçaqlandı

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitı şəhərində keçirilən görüşdən sonra bıçaqlanıb. Region başçısı xəstəxanaya yerləşdirilib, hücum edən şəxs saxlanılıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə region rəhbərinin mətbuat xidmətindən bildirilib.

“Silahlı hücum olub, nəticədə o, qarnından bıçaqlanıb. Hücum edən şəxs saxlanılıb”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, insident şəhər sakinləri ilə görüşdən sonra mədəniyyət mərkəzindən çıxarkən baş verib.

“İndi qubernator əməliyyat otağındadır”, - deyə əlavə edilib. Diqqətə çatdırılıb ki, qubernator huşunu itirməyib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
97
9
Sources
Comment ()
Close