EN

Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 294,2 milyon manat təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 97,3 % və yaxud təxminən 2 dəfəyə yaxın çoxdur.

“Rəqəmsallaşdırılan dövlətsatınalmaları rəqabətli və etibarlı satınalma prosesinin həyata keçirilməsinə, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəldilməsinə xidmət edir”, - deyə M.Abbasbəyli qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
8
Sources
Comment ()
Close