EN

İnvestorlar dövlət istiqrazlarının bir hissəsini almadılar – HƏRRAC NƏTİCƏSİ

Aprelin 2-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0101060041   ISIN-li, 120 milyon manat həcmində dövlət qısamüddətli itiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

FED.az xəbər verir ki, istiqrazların tədavül müddəti 364   gün   təşkil edir.

Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 92.5875(8.05%) manat və 93.5088 (6.98%) manat olan 27 sifariş təqdim edilmişdir.  Sifarişlərin ümumi həcmi 166,6 milyon manat olub. 

Amma Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6387 (7.99%) manat, orta ölçülmüş qiyməti isə 93.2583 (7.2688%) manat olaraq müəyyən edilib, nəticədə 120 milyon manatlıq istiqrazların yalnız 78 milyon manatlıq hissəsi yerləşdirilib.

İstiqrazların ödəmə tarixi 01.04.2025-ci ildir. Hərrac iştirakçıları 3 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac   zamanı   dövlət   istiqrazlarına   tələb   təklifi   üstələyəcəyi   və   qiymət 

Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək  artırıla bilər.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
244
1
fed.az

10Sources