EN

Pakistanda rəsmi tədbirlərdə qırmızı xalı qadağan edildi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Pakistanın Baş naziri Şahbaz Şərif rəsmi tədbirlərdə qırmızı xalçadan istifadəni qadağan edib.

"Unikal" xəbər verir ki, yerli media qərarın Pakistanın üzləşdiyi ciddi iqtisadi problemlər fonunda qəbul edildiyini yazıb.

Hökumət diplomatik tədbirlərdə qırmızı xalçadan istifadənin yalnız protokol məqsədləri ilə məhdudlaşdırılacağını açıqlayan bildiriş yayıb.

Bundan əvvəl Şərif və onun kabineti maaş və müavinətlərdən könüllü olaraq imtina etmək qərarına gəlib.

Ölkə prezidenti Asif Əli Zərdari də maaş almamaq qərarına gəlib.

Şərif vəzifəyə gəldikdən bir neçə həftə ərzində hökumət xərclərini azaltmağa yönəlmiş qənaət tədbirlərini açıqalyıb.

Tədbirlərə lüks avtomobillərin alınmasına qadağa qoyulması, nazirlərin ekonom sinifdə səyahət etmələri və kommunal xərclərini özləri ödəmələri və beşulduzlu otellərdə qalmamaq tələbi daxildir.

Chosen
172
34
1

1Sources

Comment ()
Close