EN

Paşinyan Şahramanyanın ipini çəkməyi bacaracaqmı? -ŞƏRH

Təcavüzkar ölkənin əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən və burada özünün təsir dairəsini yaratmaq niyyətində olan Fransa Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində beynəlxalq platformalarda ölkəmizə qarş açdığı qondarma müzakirələrdən bir nəticə əldə edə bilmədi. Əli hər yerdən üzülən rəsmi Paris Azərbaycan və Ermənistan ara-sında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması, anklavlar, eksklavlar, nəqliyyat kommunikasiyalarının açılmasının prioritet olduğu bir dönəmdə bir neçə gün öncə Emmanuel Makronun məğlubiyyətlərini etiraf edən və Yelisey sarayına yaxınlığı ilə seçilən “Le Fiqaro” adlı mətbuat orqanında xunta rejiminin sonuncu “lider”i,  Xocalı canisi, “artsax” səhifəsi mənim üçün bağlanmayıb” deyən Serjik Sarkisyanın adamı hesab olunan Samvel Şahramanyan kimi separatçıya  “meydan” verməklə revanşistləri Azərbaycan əleyhinə qaldırmağa çalışır.

Həmin yazıda Şahramanyan qondarma rejimin 2024-cü il yanvarın 1-dən etibarən ləğvini nəzərdə tutan və 28 sentyabr 2023-cü il tarixli “fərmanı” barədə də danışıb. Bildirib ki, qüvvələr nisbəti Azərbaycan Ordusunun xeyrinə olduğu üçün bu addımı atmağa məcbur olublar. Üstəlik, ərz edib ki, guya o bu addımı erməniəsilli şəxsləri “kütləvi qətllərdən qorumaq” məqsədilə atıb. Halbuki, Azərbaycan Ordusu 2023-cü ilin sentyabr ayında 23 saat davam edən lokal antiterror tədbirləri zamanı mülki şəxslərin zərər görməməsi üçün zərgər dəqiqliyi sərgiləyib. Bütün bunlarla yanaşı, Şahramanyan xunta rejiminin mövcudluğunu davam etdirdiyini bildirib. Hətta İrəvanda ofislərnin olduğunu da vurğulayıb: “Mühacirətdə olan "Qarabağ hökuməti" fəaliyyətini orada davam etdirir”.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bir daha bildirib ki, Qara¬bağı tərk edən bəzi dairələr və insanlar bu kimi addımları ilə Ermə¬nistanın milli təhlükəsizliyinə təhdid yara¬dırlar: “Onların mühacirətdə hansısa hakimiyyətin olması barədə bəyanatları heç bir həqiqəti əks etdirmir”. O, həmçinin bildirib: “Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda bir hökumət var və o hökumət bu otaqda iclas keçirir. Hamımız bu mesajı çox aydın şəkildə dərk etməliyik. Lazım gələrsə, müvafiq addımlar atılmalı, müvafiq tədbirlər görülməlidir ki, müəyyən xarici qüvvələr bundan Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaq üçün istifadə etməsin. Mən açıq şəkildə bildirirəm ki, bizim ölkəmizdə Ermənistan hökumətindən başqa heç bir hakimiyyət yoxdur və ola bilməz”. Bununla Paşinyan həm də Şahramanyanın ölkəsi üçün təhlükə olduğunu bilvasitə vurğulayıb.

Şübhəsiz, Şahramanyanın bu kimi açıqlamaları Azərbaycanın uğurlarını hələ də həzm edə bilməyən Makronun  göstərişləri əsasındadır.  Onun bu kimi açıqlamarlarında Avropa İttifaqının, həmçinin ABŞ-ın son günlər sərgilədiyi  ermənidən betər ermənipərəstlik də açıq-aydın duyulur. Burada bir məqam da diqqət mərkəzində olmalıdır. Belə ki, Şahramanyana tribuna verilməsi  Nikol Paşinyanın 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı açıq¬lamasından sonra baş verir. Görünür, bu rəsmi Parisin ürəyincə deyil.  Odur ki, öz niyyətinə çatmaq üçün Makron Sahramanyandan bu şəkildə istifadə etməklə həm də Ermənistanda qarşıdurma yaratmağa çalışır. Şübhəsiz, Paşinyan bütün bunların fərqindədir. Görəsən, Paşinyan bundan qaça biləcəkmi? Daha doğrusu, onun ipini çəkməyə özündə cəsarət tapacaqmı? Amma görünən budur ki, baş nazir hələ ki onun nazı ilə oynamaqdadır. Yəni, özünün dediyi kimi, “lazım gələrsə” deməklə “lazımı” gözləyir.

Amma Samvel Şahramanyanın nə deməyinin, kimlərinsə küyünə getməyinin Azərbaycan  üçün heç bir əhəmiyyəti yoxdur. Çünki rəsmi Bakı hayların tapdağından xilas etdiyi ərazilərdə, o cümlədən Qarabağ iqsadi rayonunda suverenliyini beynəlxalq hüquq normaları çərçivəsində tam bərpa edib. Hazırda həmin ərazilərdə geniş miqyaslı abadlıq-quruculu işləri aparılır. 

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
262
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13737
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11065
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9098
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2947
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2487
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2220
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2094
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2064
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1831
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1545
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1036
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
754
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
667
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
665
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
651
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
645
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
607
Arda Gülər dayanmır, yenə fərqləndi -
585