EN

Özbəkistanda ictimai yerlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək

Özbəkistanda ictimai yerlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Özbəkistan Prezident Aparatının yaydığı məlumatda bildirilir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev hüquq-mühafizə və təhlükəsizlik orqanlarının rəhbərləri ilə müşavirə keçirib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın rəhbərliyinə ictimai asayişin qorunması istiqamətində aparılan işləri daha da gücləndirmək  və fövqəladə halların qarşısının alınması istiqamətində təsirli tədbirlər görmək tapşırılıb.
Prezident Şavkat Mirziyoyev həmçinin bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları, qeyri-hökumət təşkilatları və kommersiya təşkilatları arasında əməkdaşlığı nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə göstəriş verib.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
1
Sources
Comment ()
Close