EN

Cabbar Qaryağdıoğlu sənətinə ehtiramla

Mədəniyyət Nazirliyinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmo­niyası, Gəncə–Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət idarələrinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti’’ layihəsinin ikinci günü Mingəçevir Dövlət Dram Teatrında maraqlı proqramla davam edib.
Filarmoniyadan bildirilib ki, görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun xatirəsinə həsr olunmuş konsertdə Mingəçevir şəhər musiqi məktəblərinin, Kürdəmir, Ucar, Zərdab və Göyçay şəhər uşaq incəsənət məktəbləri­nin şagirdləri iştirak ediblər. Konsert zamanı xalq mahnıları, muğam və təsniflər səsləndi­rilib.
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
2
xalqqazeti.az

6Sources