EN

Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb

Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb.
 
APA-nın məlumatına görə, Şirvan sakini, 2023-cü il təvəllüdlü (25.06.2023) Səma Hacıbala qızı Rzayeva nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda ölüb. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi deyilir.
 
Uşağın boğulmasına səbəb kimi onun qida borusuna yad cismin düşdüyü və ya pnevmoniyanın yaratdığı bəlğəmdən boğulduğu ehtimal olunur.
 
Uşağın meyiti hazırda müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patologiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
198
31

1Sources

Comment ()
Close