EN

Rusiya XİN Ermənistanın suverenliyinin yeganə real təminatının rus sərhədçiləri olduğunu bildirdi

Ermənistanın suverenliyinin yeganə real təminatı ölkədə Rusiya Federasiyasının 102-ci hərbi bazasının olmasıdır.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən yerli KİV-ə bildiriblər.

Rusiyanın 102-ci hərbi bazasının və rus sərhədçilərinin Ermənistanın suverenliyinin yeganə real təminatı olduğunu bildirən Rusiya XİN Ermənistan tərəfinin təhlükəsizliklə bağlı təkliflərini məntiqə zidd adlandırıb.

"Onların Ermənistandan çıxarılmasının ölkənin hərbi potensialını necəsə möhkəmləndirəcəyi təhlükəli demaqoqiyadır", - Rusiya XİN-dən qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
2

1Sources

Comment ()
Close