Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilir.
Yenisabah.az xəbər verir ki, turun açılış matçında "Neftçi" autsayder "Qəbələ"nin qonağı olub. Görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Neftçi" xallarının sayını 43-ə çatdırıb və 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, 28-ci tura 30 və 31 mart tarixlərində keçiriləcək oyunlara yekun vurulacaq.
16:30. “Qəbələ” – “Neftçi” - 0:1
Qol: Kilan Lebon, 42
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu