EN

ABŞ, Çin, Rusiya, İngiltərə, Almaniya... Ən böyüklər COP29-u dəstəklədi- Qlobal Şimal və Qlobal Cənub birləşir...

Image

Afsəddin Nəbiyev: “Ölkəmiz bəşəriyyəti təhdid edən problemlərin həll olunmasında ön cərgədədir”

ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir. Bu barədə ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Ceffri Payet deyib.

“Hyustonda energetika nazirinin müavini ilə çox yaxşı danışıqlarımız oldu. Həmçinin, bir neçə həftə əvvəl energetika naziri özü burada, Vaşinqtonda olanda əla müzakirələrimiz keçdi. ABŞ tərəfindən Azərbaycanın COP29-a sədrliyinin qətiyyətlə dəstəkləndiyini vurğuladım. İnanıram ki, Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərlə ABŞ-nin növbəti COP-da, daha sonra 2025-ci ildə Braziliyada əldə etməyi nəzərdə tutduğu hədəflər arasında yüksək dərəcədə uyğunluq var”, - o deyib.

Payet ABŞ-nin BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28 gündəliyinin davamı üçün hazırladığı "Troika" mexanizmini dəstəklədiyini vurğulayıb.

Görünən odur ki, COP29-la bağlı Azərbaycana dəstək artır. ABŞ dəstək verir. Bundan əvvəl XI Bakı Qlobal Forumunun rəsmi açılış mərasiminə ünvanladığı müraciətdə Böyük Britaniyanın baş naziri Rişi Sunak Bakının COP29-a ev sahibliyini dəstəklədi. Həmçinin Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu yaxınlarda Çində səfərdə olub və Pekindən də tədbirə dəstək var. Həmçinin Rusiya, Almaniya da COP29-la bağlı Azərbaycanı dəstəkləyib. 

Bütün bu böyük dövlətlərdən gələn COP29 dəstəyi deməyə əsas verirmi ki, Azərbaycan COP29 üzrə özünün əsas strategiyası olan Qlobal Cənubla Qlobal Şimalın imkanlarını əlaqələndirmək və bir-birinə bağlamaq missiyasını uğurla yerinə yetirəcək?

“Azərbaycan bu tədbir timsalında Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu dialoqa töhfə verəcək” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, mövcud mənzərə bu yöndə proseslərin uğurla getdiyindən xəbər verir: “ABŞ rəsmilərinin və bir çox dövlət başçılarının Azərbaycanın COP 29-a sədrliyini dəstəkləyib etimad göstərməsi Azərbaycan dövlətinin sivil dəyərlərə sədəqətinin bariz bir nümunəsidir. Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə dünya birliyinin dəstək verməsi ölkəmizin beynəlxalq arenada qazandığı etibar, hörmət və nüfuzunun  göstəricisidir. Azərbaycan özünü beynəlxalq birliyin ləyaqətli üzvü kimi aparır. Ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirləri yüksək səviyyədə təhlükəsiz həyata keçirdiyinə  görə Azərbaycan dövlətinə böyük etimad, inam göstərilib. COP29 konfransında ev sahibliyimizə Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirilməsindən az bir müddət sonra qərar verilməsinin və dünya birliyinin ölkəmizi dəstəklənməsinin  çox böyük siyasi əhəmiyyəti var. 1995-ci ildən keçirilən bu konfransın əsas qayəsi, qlobal istiləşmə ilə mübarizə, karbohidrogen qazların atmosferə buraxılmasının qarşısının alınması, yaşıl enerjinin təşviqi, və s. kimi məsələlərin həllinə yönəlib. Məhz bu baxımdan Azərbaycan dövləti bəşəriyyəti təhdid edən problemlərin həll olunmasında ən yaxından iştirak edən dövlətlərin ön cərgəsindədir. Ermənistanın işğal dövründə dövlətimizə vurduğu ziyan yüz milyardlarla dollarla ölçülür. Sivil dünyanın nümayəndələri ekoloji tarazlığın qorunmasından danışarkən Azərbaycan mənfur düşmən tərəfindən dağıdılmış fauna və floramızın bərpasını həyata keçirir. Ona görə Azərbaycanın bu addımları bütün dövlət başçıları tərəfindən çox yüksək qiymətləndirilir. Ən vacib faktor ondan ibarətdir ki, Azərbaycan beynəlxalq dövlətlərdən gələn dəstəyi qiymətləndirərək, bölgənin inkişafına böyük töhfələr verəcək. Azərbaycan bu tədbir timsalında Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu dialoqa töhfə verəcək. Bununla bağlı uğurlu və səmərəli təmaslar qurulacaq”.

Vidadi ORDAHALI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22887
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13311
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11322
Helikopterin qalıqları tapılıb
8752
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7919
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6926
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6647
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5135
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4538
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4063
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3772
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3467
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2062
Azərbaycan nefti ucuzlaşdı
1607
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1590
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1347
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1333