EN

Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Martın 30-u axşamdan 31-i səhərədək fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq 31-i səhərədək bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin 15-20 m/s, 30-da gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
49
Sources
Comment ()
Close